İstifadəçi şərtləri və məxfilik siyasəti
“Ikar Qrup” MMC-nin (bundan sonra kəhriz su) VÖEN 1303074751 hazırkı istifadəçi şərtləri sifarişin rəsmiləşdirilməsi onun şərtləri ilə razılığınızı bildirdikdə qüvvəyə minir.
- Xidmətlərin təsviri
1. Kəhriz su istifadəçilərinə satdığı hazır məhsulların sürətli sadə axtarışı və sifarişi (bundan sonra xidmətlər) üçün geniş imkanlar təklif edən çatdırılma xidmətidir, həmçinin o İstifadəçilərdən sifarişlərin ödənişi kimi pul vəsaitlərini qəbul edir.
1.2. Göstərilən xidmətlər informasiya xarakteri daşıyır və istifadəçiyə təmənnasız əsaslarla göstərilir.
1.3. İstifadəçi Kəhriz su-dan çatdırılan məhsulların keyfiyyəti, gecikmə, xətalar, yanlış və ya vaxtında həyata keçirilməyən çatdırılmaya görə məsuliyyət daşıdığı, lakin istifadəçinin hər hansı fərdi məlumatının silinməsi və ya qorunmamasına görə məsuliyyət daşımadığı ilə razılaşır.
1.4. Kəhriz su xidmətlərindən faydalanmaq üçün internetə çıxış imkanı (WWW) olan kompüter/digər elektron qurğu olmalıdır.
1.5. İstifadəçi sifarişi saytda müstəqil şəkildə rəsmiləşdirir.
1.6. İstifadəçi sifarişə görə ödənişi mövcud üsullardan biri ilə həyata keçirir:
1.6.1. bilavasitə sifarişi alan zaman nağd pul vəsaitləri, bank kartı və ya digər üsullarla.
1.6.2. Kəhriz su saytında VISA/MasterCard bank kartları ilə “Yığım” ödəniş sistemləri vasitəsilə online ödəniş mövcüddur. Sifarişə görə pul vəsaitlərinin köçürülməsi ilə bağlı bütün əlavə xərcləri istifadəçi ödəyir. Bundan əlavə saytda ödəniş zamanı kart məlumatları sayt tərəfindən saxlanılmır.
Məxfilik
1. Kəhriz su saytında qeydiyyat və sifarişin rəsmiləşdirilməsi zamanı istifadəçi aşağıdakı məlumatları təqdim edir: ad, soyad, elektron poçt ünvanı və/və ya əlaqə nömrəsi, sifarişin çatdırılacağı ünvan.
2.2. Hazırkı istifadəçi razılaşmasının icrası məqsədilə Kəhriz su əlaqəli şəxslər və/və ya tərəfdaşların iştirakı ilə servisin yeni funksionalını (o cümlədən, informasiya, reklam, əyləncə və digər xarakterli məhsullar) inkişaf etdirir, optimallaşdırır və tətbiq edir.2.3. İstifadəçi ilə əlaqədar məlumatlar dedikdə texniki vasitələr (qurğular) və Kəhriz su və/və ya əlaqəli şəxslər habelə ya tərəfdaşların servisi ilə texnoloji əlaqə üsulları (xostun IP-ünvanı, əməliyyat sisteminin növü, brauzerin növü, coğrafi yerləşmə, provayder barədə məlumatlar və digər), istifadəçinin fəallığı barədə məlumatlar, həmçinin göstərilən üsullarla əldə olunan digər məlumatlar başa düşülür.
2.4. Məlumatların emalı dedikdə avtomatlaşdırma vasitələri ilə və ya və bu vasitələr istifadə edilmədən fərdi məlumatlarla istənilən hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusu, o cümlədən, toplanma, yazılma, sistemləşdirmə, yığılma, saxlanma, dəqiqləşdirmə (yeniləmə, dəyişdirmə), tutuşdurma, çıxarma, istifadə, Kəhriz su -yun əlaqəli şəxsləri və/və ya tərəfdaşlarına ötürmə, anonimləşdirmə, bloklama, silmə, məhv etmə başa düşülür.
2.5. Kəhriz su öz adından müstəqil şəkildə və ya texniki tərəfdaşları cəlb etməklə İstifadəçinin elektron poçtuna, mobil telefonuna və ya onun istifadə etdiyi Kəhriz su tərəfdaşlarının servisləri (sosial şəbəkələr, messencerlər və digər) vasitəsilə informasiya xarakterli, o cümlədən servis və reklam mesajları göndərmək hüququna malikdir. İstifadəçi səbəbini izah etmədən reklam xarakterli və digər məlumatı almaqdan imtina etmək hüququna malikdir. İstifadəçini sifariş və onun emal mərhələləri barədə məlumatlandıran servis mesajları avtomatik olaraq göndərilir və İstifadəçi tərəfindən rədd edilə bilməz. Reklam xarakterli və digər məlumatı almaqdan imtina İstifadəçinin profilinin redaktə olunması və ya onun məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə [email protected] müraciət etməsi ilə həyata keçirilir. İstifadəçi məlumat mərkəzi və ya müştərilərə dəstək şöbəsinə [email protected] profilinə xidmətin dayandırılması xahişi ilə müvafiq ərizəni göndərməklə nail ola bilər.
2.6. Kəhriz su kehrizsu.az saytının ziyarətçisinin ip-ünvanı barədə məlumatı əldə edir. Bu məlumat ziyarətçisinin şəxsiyyətinin müəyyən edilməsi üçün istifadə olunmur.
2.7. Kəhriz su istifadəçinin saytda hamı üçün giriş imkanı olan formada təqdim etdiyi məlumatlara görə məsuliyyət daşımır.
2.8. Kəhriz su istifadəçi ilə telefon danışıqlarını qeyd edir. Kəhriz su telefon danışıqları zamanı alınan məlumata icazəsiz giriş cəhdləri və/və ya onun sifarişlərin icrasına bilavasitə aidiyyəti olmayan üçüncü şəxslərə ötürülməsinin qarşısını almağı öhdəsinə götürür.
İstifadəçi sifarişdən imtina etdikdə və ya Kəhriz su məhsullarının satışı şərtlərini pozduqda, o cümlədən, lakin bunlarla məhdudlaşmadan: məhsulların satışından birtərəfli imtina, çatdırılma müddətinin pozulması və ya məhsulların keyfiyyətinin uyğunsuz olması və s. hallarda, istifadəçi çatdırılma vaxtına qədər sifarişin alınması anından 24 saat ərzində e-mail ünvanı və ya +994507433333/0774773333 telefon nömrələri vasitəsilə Kəhriz su -a sifarişdən imtina barədə xəbər verməli, sifarişə görə ödənişi təsdiq edən sənədləri və pul vəsaitlərinin geri qaytarılmasına dair ərizəni təqdim etməli və ödənilən pul vəsaitlərinin geri qaytarılmasını tələb etməlidir.